<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Xeyir - dua dilərik, mərhəmətin istərik
 Hüzuruna biz gəlib, önündə diz çökürük.

[C1]
   Allahım, Sən böyüksən, qüdrətsən, əzəmətsən,
   Möcüzəli, sirlisən, əzəlsən, Müqəddəssən.

[V2]
 Qəlbimiz Səninlə, addımlarıq izinlə;
 Sevirsən Sən bizləri o tükənməz sevginlə.

[C2]
   Həmdlər Sənə, Allahım, qüdrətli Padşahım,
   Mərhəmət et bizlərə, böyük Hökmdarım.

[V3]
 Məhəbbətin sonsuzdur, Ruhun yanar alovdur,
 Sənin Oğlun İsa parlayan Dan ulduzudur.

[C3]
   Səltənəti əbədidir, sevgisi tükənməzdir,
   Rəbbimiz qüdrətlidir, O, böyük məhəbbətdir.</lyrics>
<title>Xeyir - dua dilərik, mərhəmətin istərik İL44</title>
<hymn_number>44</hymn_number>
</song>